İsveçrədə təyyarə qəzaya uğrayıb, ölənlər var 21-08-2017, 08:25 İsveçrənin Vale kantonunda yüngülmotorlu təyyarə qəzaya uğrayıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Piper 28” tipli təyyarə dağlıq ərazidə yerə çırpılaraq yanıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 3 nəfər ölüb. İnsidentin səbəbləri araşdırılır. Facebook-da paylaş