ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək

21-08-2017, 08:28           
ABŞ və Cənubi Koreya birgə hərbi təlimlər keçirəcək
Amerika Birləşmiş Ştatları və Cənubi Koreya ordusu birgə hərbi təlimlərə başlayır.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, “Ulchi Freedom Guardian” adlı hərbi təlimlər avqustun 31-dək davam edəcək. Təlimlərdə 40 minə yaxın hərbçinin iştirakı nəzərdə tutulub.

Bu ilin martında Cənubi Koreyada iki ölkə hərbçilərinin iştirakı ilə “Foal Eagle” adlı irimiqyaslı əməliyyat-taktiki təlimlər baş tutub. Təlimlərə ABŞ və Cənubi Koreyanın Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri cəlb edilib. Təlimlərdə ABŞ tərəfindən “Carl Vinson” aviadaşıyıcısı, F-35 qırıcıları və B-52 bombardmançı təyyarələri iştirak edib.

Təlimlər mütəmadi olaraq ballistik raket sınağı keçirən Şimali Koreyaya ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirilir. Rəsmi Pxenyan, öz növbəsində, təlimləri "təxribat" adlandırıb və ABŞ-ı ölkəyə hücum hazırlamaqda ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru