Madridin mərkəzində müsəlmanlar terrora qarşı nümayiş keçiriblər

21-08-2017, 08:47           
Madridin mərkəzində müsəlmanlar terrora qarşı nümayiş keçiriblər
İspaniyanın paytaxtı Madridin mərkəzində yüzlərlə müsəlman Barselonada və Kambrilsdə radikal islamçılar tərəfindən törədilmiş terror aktlarına qarşı etiraz aksiyası keçiriblər.
“Report” “RİA Novosti”yə istinadla bildirir ki, nümayiş “Onlar bizi təmsil etmirlər, biz hamımız terrorizmə qarşıyıq” şüarı altında baş tutub.
Nümayişçilər terror qurbanlarının xatirəsini anıblar, “Biz hamımız terrora qarşıyıq və sülh istəyirik!”, “Bizim adımızdan istifadə etməyin!”, “Terrorun nə vaxtdan dini olub?” kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları toplaşdıqları meydana güllər düzüb, şamlar yandırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru