Parisdə qanunsuz silah anbarı tapıldı

21-08-2017, 09:05           
Parisdə qanunsuz silah anbarı tapıldı
Fransanın paytaxtı Paris şəhərinin kənarında silah anbarı tapılıb. Moderator.az Fransa mətbuatına istinadən xəbər verir ki, Sent Deni adlanan yerdə bir velosiped mağazasında aşkara çıxarılan anbarda 3 partlayıcı maddə, bəzi silahlar və onlara aid patronlar, ABŞ istehsalı olan tank mərmisi, polis uniformaları, 40 kiloqram narkotik maddə və 10 min avro pul ələ keçirilib. Hadisə ilə əlaqədar 30 və 40 yaşlarında iki nəfər həbs olunub.
Tutulanların oğurluq və qaçaqçılıqdan bir neçə dəfə həbs olunduğu bildirilir. Həmin şəxslərdən biri silahların, pulun və narkotik maddənin ona aid olduğunu etiraf edib. Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru