ABŞ İŞİD-ə qarşı hərəkətə keçdi: Ağır bombardman

22-08-2017, 00:58           
ABŞ İŞİD-ə qarşı hərəkətə keçdi: Ağır bombardman
ABŞ Silahlı Qüvvələri Mosulun Telafər mahalında İŞİD mövqelərini bombardman etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə İraq ordusunun generalı İhab Safvan Yasiri deyib.

“Telafer yaxınlığında Kəhriz hərbi bazasında yerləşdirilən ABŞ hərbi qüvvələri Telafərin cənubunda Cəzirə, Nasr, Saray və Nur səmtlərindəki terrorçuların mövqelərini ağır çaplı silahlardan atəşə tutur. Ağır bombardman altında ABŞ-a məxsus PUA-lar da bölgədə uçuşlar həyata keçirdi”, - Yasiri bildirib.

General xeyli sayda İŞİD-çinin və texnikanın məhv edildiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru