Rusiya Qafqazda qondarma rejimi silahlandırır

22-08-2017, 09:46           

Rusiya Abxaziyaya hərbi əmlak verilməsi barədə müqaviləyə imza atıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik razılaşmanın Moskvada Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fominlə qondarma Abxaziyanın “baş qərargah” rəisi Anatoli Xrulev arasında imzalandığını bildirib.

Qeyd edək ki, Abxaziya Gürcüstanın tərkib hissəsidir. Moskva bu qondarma respublikanın müstəqilliyini 2008-ci ildən tanıyır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.