Hindistanda qatarın yük avtomobili ilə toqquşması nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb
23-08-2017, 09:07
Hindistanda "Kaifiyat Express" sürət qatarının yük avtomobili ilə toqquşması nəticəsində xəsarət alanların sayı 74 nəfərə çatıb. "Report"un məlumatına görə, bu barədə "ANİ" agentliyi xəbər verib. Bildirilir ki, onlardan 4-ü ağır vəziyyətdədir. Hadisə zamanı ölənlərin olub-olmaması barədə məlumat verilmir. Sürət qatarının yük avtomobili ilə toqquşması nəticəsində 8 vaqon relsdən çıxıb. Onlardan biri aşıb. ***04:22 Hindistanda "Kaifiyat Express" sürət qatarı yük avtomobili ilə toqquşaraq relsdən çıxıb. "Report"un məlumatına görə, bu barədə "ANİ" agentliyi xəbər verib. Xəbərdə bildirilir ki, hadisə ölkənin şimalında, Uttar-Pradeş ştatında olub. Qəza nəticəsində 40-dan çox sərnişin xəsarət alıb. Yerli hakimiyyət orqanları yaralıların sayını təsdiqləyiblər. Ölənlər barədə məlumat daxil olmayıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.