Əgər erməni xalqı məhv olmaq istəyirsə... – Ovannisyan

23-08-2017, 19:18           
Əgər erməni xalqı məhv olmaq istəyirsə... – Ovannisyan
Sərkisyan Yeltsin nümunəsini izləsin və hakimiyyətdən getsin.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Politoloqlar Şurasının sədri Amayak Ovannisyan deyib.

“Mən xristianam və həqiqətən Sərkisyana görə narahatam. Yeltsin nümunəsini izləyərək hakimiyyətdən getməlidir. Bütün qəlbimlə istəyirəm ki, o sülh və qan tökülmədən özünün hakimiyyət müddətini başa vursun”, - Ovannisyan bildirib.

Erməni politoloq Serj Sərkisyanın apreldə hakimiyyətdən getməyəcəyi halda bunun ciddi fəsadlarının olacağını açıqlayıb:

“Bu, cəmiyyətə siqnaldır. Əgər erməni xalqı mövcud olmamaq fikrini qəbul edirsə, onda Sərkisyan qalacaq. Əgər erməni xalqı meşələrin yanmasını, Sevan (Göyçə) gölünün qurumasını istəyirsə, qoy qalsın Sərkisyan. Əgər erməni xalqı balinalar kimi intihar etmək üçün quruya çıxmağı seçirsə, qoy qalsın Sərkisyan. Sərkisyanın qalmasının qiymətini Moskva yaxşı bilir. Onlar hələ 3 sentyabrda razılaşmışdılar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru