Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinskiy Xartum şəhərindəki rezidensiyasında ölü tapılıb. “RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, Rusiya XİN-i faktı təsdiqləyib. Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil. 63 yaşlı M.Şirinskiy 2013-cü ildən Rusiyanın Sudandakı missiyasına rəhbərlik edib.