Dəməşq beynəlxalq koalisiyadan BMT-yə şikayət edib

24-08-2017, 01:52           
Dəməşq beynəlxalq koalisiyadan BMT-yə şikayət edib
Suriyanın Xarici İşlər Nazirliyi ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hərəkətlərindən növbəti şikayət ərizəsi ilə BMT-yə müraciət edib.
"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.
Sənəddə bildirilir ki, "Suriya hakimiyyəti BMT Təhlükəsizlik Şurasını terrorizmlə mübarizə üzrə öz qətnamələrinə, xüsusilə 2253 saylı qətnaməyə əməl etməyə və koalisiyaya günahsız suriyalı vətəndaşlara qarşı növbəti cinayətləri törətməyi dərhal qadağan etməyə çağırır.
Bəyanatda qeyd olunur ki, koalisiya qüvvələrinin hava zərbələri Suriyada insan tələfatı ilə yanaşı ölkənin iqtisadi potensialına və infrastrukturuna ciddi zərər vurur.
Çərşənbə axşamı koalisiyanın Suriyanın Rəqqa şəhərinə endirdiyi hava zərbələri nəticəsində 78 dinc sakin həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.