Rusiyanın Sudandakı səfirinin ölümünün ilkin səbəbi məlum olub

24-08-2017, 09:44           
Rusiyanın Sudandakı səfirinin ölümünün ilkin səbəbi məlum olub
AA+A-
rusiyanin sudandaki sefirinin olumunun ilkin sebebi melum olub yenilenib

Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinskinin ölümünün ilkin səbəbi məlum olub.

APA-nın məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı xəbər verib.

Məlumata görə, 63 yaşlı M.Şirinskiy yüksək qan təzyiqindən əziyyət çəkirmiş. Onun meyiti Xartum şəhərində iqamətgahındakı hovuzda aşkarlanıb.

Qeyd edək ki, M.Şirinskiy son il ərzində dünyasını dəyişən sayca 9-cu Rusiya diplomatıdır.

***

00:08

Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinski Xartum şəhərindəki rezidensiyasında ölü tapılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya XİN-i faktı təsdiqləyib.

Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.

63 yaşlı M.Şirinski 2013-cü ildən Rusiyanın Sudandakı missiyasına rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru