Kiyevdə partlayış - Azərbaycan səfirliyinin maşınına da teror hücumu olub

24-08-2017, 18:51           
Kiyevdə partlayış - Azərbaycan səfirliyinin maşınına da teror hücumu olub
Kiyevdə naməlum şəxslər Azərbaycan səfirliyinə məxsus avtomobilə partlayıcı paket atmağa çalışıb. AzVision.az xəbər verir ki, bunu “Ukrainskaya Pravda”ya hisə şahidləri bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna paytaxtı Kiyevdə, Nazirlər Kabinetinin binasının yaxınlığında partlayış baş verib. Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Hadisə yerinə Ukrayna Xüsusi Xidmət orqanlarının əməkdaşları cəlb olunub.
İnsident şahidlərinin sözlərinə görə, partlayış nəticəsində ən azı iki nəfər ağır dərəcəli xəsarət alıb. Polis partlayışın baş vermə səbəblərini araşdırır.
Xatırladaq ki, bu gün Ukraynada müstəqillik günü qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru