İrəvanda keçmiş hərbiçi polisə atəş açdı

24-08-2017, 19:46           

İrəvanda 36 yaşlı keçmiş hərbçi "qırmızı beretlilərə" atəş açdı
Bu gün saat 04:00 radələrində Ayvazovski və Artsax küçələrinin kəsişməsində Nissan Teana markalı 05 NN 033 nömrəli avtomobilin sürücüsü V. Nazaryana məxsus ВАЗ 2108 markalı 34 AN 850 nömrəli avtomobili təqib edib.

Shamshyan.com saytının verdiyi məklumata görə, hadisə V. Nazaryanın işdən sonra evə gedərkən baş verib. Bundan sonra Nissan Teananın sürücüsü onu izləməyə başlayıb və Artsax küçəsinin 8 saylı binası yaxınlığında ona çataraq silahı ilə atəş açıb. Bundan sonra təqib başlayıb.

Tiqran Mets prospektinin və Qlinka küçəsinin kəsişməsi yaxınlığlığında Nissanın sürücüsü yenidən ona çataraq atəş açıb və bu dəfə ərazidən uzaqlaşıb. Axtarış nəticəsində şübhəli şəxsi ələ keçiriblər.

Saytın verdiyi məlumata görə, atəş açan İrəvan şəhəri Nor Norok 9-cu blokunun sakini, 36 yaşlı Artur Matinyan adlı keçmiş hərbçi olub. Onun avtomobilində cinayət zamanı istifadə edilən tapança tapılıb. Nazaryan isə İrəvan şəhər polis idarəsinin patrul xidməti alayının 3-cü xüsusi taborunun 1-ci bölüyünün 1-ci tağımında "qırmızı beretlilərdə" xidmət edir.

Şahin Qocayev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru