Hindistanda silahlılar təhlükəsizlik qüvvələrinə hücum edib: 8 ölü, 5 yaralı

27-08-2017, 09:16           
Hindistanda silahlılar təhlükəsizlik qüvvələrinə hücum edib: 8 ölü, 5 yaralı
Hindistanın şimalındakı Cammu və Kaşmir ştatlarında silahlı şəxslərin təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində 8 nəfər həlak olub, daha 5 nəfər xəsarət alıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "India Today" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, silahı şəxslər qumbaralarla və atıcı silahlarla Kaşmirin cənubundakı Pulvama dairəsində mühafizə postuna hücum ediblər. Silahlı toqquşma zamanı iki silahlı zərərsizləşdirilib. Qeyd olunur ki, atışma hələ də davam edir.
Qəzet xəbər verib ki, hazırda sakinlər yaxın ərazilərə təxliyyə edilirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru