ABŞ-da baş verən toqquşmalar nəticəsində 14 nəfər saxlanılıb video

28-08-2017, 08:07           
ABŞ-da baş verən toqquşmalar nəticəsində 14 nəfər saxlanılıb video
ABŞ-ın Berkli şəhərində (Kaliforniya ştatı) sağ və solçu radikal təşkilatların üzvləri arasında toqquşmalar baş verib.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 14 nəfər saxlanılıb.

Məlumata əsasən, iki qrup etirazçının eyni vaxtda şəhərdə nümayiş keçirməsi toqquşmalarla nəticələnib.

Bundan əvvəl yerli hökumət orqanları zorakılığın qarşısını almaq üçün şəhərin müəyyən yerlərində etiraz aksiyaları keçirməyi qadağan edib.

Xatırladaq ki, avqustun 12-də ABŞ-ın Virciniya ştatının Şarlotsvill şəhərində radikal millətçi, neonasist və irqçi qruplar iğtişaş törədiblər. Nəticədə 1 nəfər, 19 nəfər yaralanıb.
[media=https://www.youtube.com/watch?v=KS34c3R8EAU]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.