XİN:Meksika ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcək

28-08-2017, 08:08           
XİN:Meksika ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcək
Meksika hökuməti ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika XİN-in bəyanatında bildirilir.

“Meksikanın mövqeyi dəyişməz olaraq qalır. Meksika hökuməti heç bir zaman ABŞ-la sərhəddə çəkilən divar və yaxud hər hansı səddin tikinti xərclərini ödəməyəcək. Bu qəti mövqe ölkəmizin suverenlik və milli ləyaqət prinsipinə cavab verir”, bəyanatda vurğulanıb.

Ötən gün ABŞ prezidenti Donald Tramp Meksikada cinayətkarlıq səviyyəsinin yüksək olduğunu, bu ölkə ilə sərhəddə divarın çəkilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ötən il D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini qeyd etmişdi. Tramp həmçinin divarın tikintisi üçün Meksika hökumətindən 5-10 milyard dollar tələb edəcəyinə söz vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru