Terrorçular Moskvada adamlara balta ilə hücum edib bomba partlatmaq istəyiblər

2-09-2017, 07:40           
Terrorçular Moskvada adamlara balta ilə hücum edib bomba partlatmaq istəyiblər
Sentyabrın 1-də Moskvada terrora hazırlaşan yaraqlıların planları ortaya çıxıb.

PRESSDAY.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, etibarlı mənbə bildirib ki, avqustun 31-də saxlanılan İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının üzvlərindən biri əvvəlcə küçədə adamlara balta ilə hücum edərək çox adamı yaralamalı idi.

Bundan sonra hadisə yerinə çoxlu adam yığışmasından istifadə edərək ikinci yaraqlı yaxınlaşaraq bomba partlatmalı idi.

Lakin güc strukturlarının əməkdaşları terror aktının qarşısını ala bilib.

Orta Asiya ölkələrindən olan iki nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru