Rusiya yeni hərbi texnikasını Suriyada döyüş şəraitində sınaqdan keçirib

10-09-2017, 09:22           
Rusiya yeni hərbi texnikasını Suriyada döyüş şəraitində sınaqdan keçirib
Rusiya tankları dəstəkləyən “Terminator” döyüş maşınını (TDDM) Suriyada döyüş şəraitində uğurla sınaqdan keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyada keçirilən “Uraltank” festivalı çərçivəsində mətbuat konfransında “Ural maşınqayırma konstruktor bürosu” ASC-nin baş direktoru və baş konstruktoru Andrey Terlikov deyib.

“TDDM Suriyada döyüş şəraitində sınaqdan keçirib, o bu ölkəyə paradlarda nümayiş etdirilməsi üçün yox, İŞİD-ə qarşı döyüşlərdə iştirak etmək üçün göndərilib” , deyə A.Terlikov deyib.

Onun sözlərinə görə, sınaqlar zamanı müəyyən nəticələr əldə edilib: “Müdafiə Nazirliyi üçün faydalı məlumatlarımız var”.

Şirkət rəhbəri Müdafiə Nazirliyi ilə imzalanan müqavilə Rusiya ordusundakı T-72 və T-90 tanklarının T-72 BZ və T-90 M səviyyəsinədək təkmilləşdirilməsini nəzərdə tutur.

“Terminator” döyüş maşınının Suriyaya “ezamiyyəti” haqqında ilk dəfə iyunda bildirilmişdi. O zaman Rusiya SQ Baş Qərargah rəisi Valeri Gerasimov “Xmeymim” aviabazasında tankları dəstəkləyən “Terminator” döyüş maşınını Suriya prezidenti Bəşər Əsədə nümayiş etdirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru