Myanmanın Rohingya mücahidləri atəşkəs elan ediblər

10-09-2017, 09:29           
Myanmanın Rohingya mücahidləri atəşkəs elan ediblər
Myanmada "Rohingiyanın xilas edilməsi üzrə Arakan ordusu" qruplaşmasının (ARSA) yaraqlıları birtərəfli qaydada bir ay müddətinə atəşkəs elan etdiklərini bildiriblər.
"Report" xəbər verir ki, bu barədə hərəkat iştirakçılarının bəyanatı "Twitter" sosial şəbəkəsində dərc olunub.
"ARSA atəşkəs dövründə təkidlə bütün maraqlı tərəfləri etnik və dini mənsubiyyətindən asılı olmayaraq humanitar böhran qurbanlarına humanitar yardım göstərilməsini bərpa etməyə çağırır", — deyə qruplaşmanın məlumatında bildirilir.
Rakhayn ştatında rohincalılarla birmalılar arasında münaqişə ölkədə demokratik islahatlardan sonra başlayıb. Təhlükəsizlik qüvvələri ştat ərazisində əvvəllər polis məntəqələri və ordu kazarmalarına planlaşdırılmış hücumlar təşkil edən Rohinca xalqından olan müsəlman silahlılara qarşı əməliyyat aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru