Antarktikada qeyri-adi canlılar yaşayır

10-09-2017, 10:22           

Antarktikada buz təbəqəsinin altında yerləşən aktiv vulkanların isitdiyi mağaralarda aparılan araşdırmalar maraqlı iddialara səbəb olub.

Qaynarinfo.az xəbər verir ki, avstraliyalı alimlər Ross adasında yerləşən aktiv Erebus yanardağının ətrafının mağaralarla örtülü olduğunu aşkar edib. Mağaralardan əldə edilən torpaq nümunələrində qeyri-adi DNK izləri tapılıb. "Polar Biology" jurnalında dərc edilən araşdırmada bildirilir ki, mağaraların içindəki temperatur 25 dərəcəyə çatır. Nümunələrdə rast gəlinən izlərin Antarktikanın digər hissəsində olan bitki və canlı izlərinə bənzədiyi, bir qisminin isə elmə tanış olmadığı deyilir.

Araşdırma qrupunda yer alan Yeni Zellandiyalı Waikato Universitetinin professoru Kreyq Kari qeyd edib ki, son araşdırma nəticəsində məlum olub ki, Antarktikada bizə məlum olmayan bitki və heyvanlar yaşaya bilər.

Maine Universitetinin professoru Louri Konnel isə izlərin mövcudluğunun bu canlıların yaşadığının sübutu olmadığını bildirib və qeyd edib ki, sonrakı addım mağaralarda canlı orqanizmlər axtarmaq olacaq və əgər tapılsa, fərqli bir dünyanın qapısı üzümüzə açılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru