Nazarbayevdən islam ölkələrinə möhtəşəm təklif

10-09-2017, 18:11           

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev islam ölkələrinə G20-nin analoqu olan bir qurumda birləşməyi təklif edib.

Axar.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Astanada keçirilən bugünkü sammitində N.Nazarbayev bu təşəbbüsün elm və iqtisadiyyatın inkişafına böyük töhfə olacağını deyib.

“Düşünürəm ki, islam dünyasında elm və iqtisadiyyatın inkişafı üçün G20 kimi bir forum yaratmaq lazımdır. İƏT-in qabaqcıl 15 ölkəsindən İƏT-15 adlı təşkilat qurmaq mümkündür”, - Nazarbayev bildirib.

Prezientin sözlərinə görə, islam dünyasının Qərblə yaxınlaşması üçün forum və görüşlərin vaxtaşırı və sistemli keçirilməsinə ehtiyac var.

“Biz gərək Qərb ölkələri ilə əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirək. Bu birlik bütün islam dünyasının inkişafına imkan verəcək”, - Nazarbayev qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru