Qahirədə atışma: 9 terrorçu məhv edildi

10-09-2017, 18:56           
Qahirədə atışma: 9 terrorçu məhv edildi
Bu gün Qahirənin Al-Aquza rayonunda polislər və terrorçular arasında atışma baş verib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, polisin və xüsusi təyinatlı dəstənin döyüşçülərinin antiterror əməliyyatı çərçivəsində Al-Aquzada bir neçə küçə dövrəyə alınıb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları, ölkə ərazisində terror aktları törətməyi planlaşdıran terrorçuların gizləndikləri yaşayış evlərindən birinin mənzilinə daxil olublar. Terrorçular silahlı müqavimət göstəriblər, təhlükəsizlik qüvvələri isə doqquz silahlını məhv edib. Atışma nəticəsində beş polis yaralanıb. Mənzildən çoxlu silah və partlayıcı maddələr tapılıb.

Terrorçular "Hasm" hərəkatının üzvləridir.

Qahirənin Al-Haram rayonunda da polislər və terrorçular arasında atışmanın olduğu və bir neçə terrorçunun saxlanıldığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru