Kim Çen təntənəli bayram keçirdi - Foto

10-09-2017, 19:06           

Şimali Koreya lideri Kim Çen İn hidrogen bombası sınağının uğurla həyata keçirilməsindən sonra təntənəli mərasim təşkil edib.

Axar.az xəbər verir ki, mərasimə elm adamları, yüksək rütbəli hərbçilər də qatılıb.

Kim Çen burada nüvə silahı sınaqlarında rol oynayan hər kəsi təbrik etdiyini bildirib.

O, “bir neçə gün əvvəl həyata keçirilən hidrogen bombası sınağı Koreya xalqının bu çətin vəziyyətdə qazandığı zəfərdir”, - deyib.

Qeyd edək ki, Şimali Koreya bir neçə gün əvvəl hidrogen bombasını uğurla sınaqdan keçirib. Rəsmi Pxenyanın bu addımı dünya ölkələri tərəfindən tənqidlə qarşılanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru