Axar.az xəbər verir ki, Hokkaydo adasından cənubunda baş verən zəlzələ ölkənin yerli vaxtı ilə saat 17.44-da qeydə alınıb. Zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsinin olmadığı bildirilir.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.