Mayami şəhərinin bir hissəsi su altında qalıb

11-09-2017, 10:23           

ABŞ-ın Florida ştatına üz verən "İrma" qasırğası səbəbindən Mayami şəhərinin bir hissəsi su altında qalıb.
teref.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"na istinadən UNN məlumat yayıb.
Şəhərin maliyyə rayonunda suyun hündürlüyü təxminən 60 santimetrə çatır.
"Sentyabrın 10-da "İrma" qasırğası Florida ştatının materik hissəsinə yaxınlaşdığı zaman ABŞ-ın Mayami şəhərinin bir hissəsi su altında qalıb", - deyə məlumatda bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.