İŞİD-lə bağlı məlumatda Azərbaycanın da adı çəkilir

11-09-2017, 12:55           
İŞİD-lə bağlı məlumatda Azərbaycanın da adı çəkilir
İraq hakimiyyəti İslam Dövləti (İŞİD) ekstremist qrupunun şübhəli döyüşçülərinin 1400-dək əcnəbi arvadını və uşağını saxlayır. Bu haqda “Reuters” informasiya agentliyi xəbər yayıb.

Agentlik məlumatı təhlükəsizlik və yardım rəsmilərinə istinadla sentyabrın 10-da yayıb. Saxlananların çoxunun Türkiyədən, qalanlarının Tacikistan, Azərbaycan və Rusiyadan olduğu bildirilir.

Məlumata görə, saxlananlardan bəziləri Asiyadandır, onların içində “çox az” Fransa və Almaniya vətəndaşı da var.

Bu qadınlar və uşaqlar hökumətin, Mosul da daxil, İŞİD yaraqlılarını çıxardığı ərazilərdə saxlanıb. Onlar hazırda Mosulun cənubunda bir düşərgədədirlər.

Bir kəşfiyyat rəsmisinin məlumatına görə, hakimiyyət onların şəxsiyyətini müəyyənləşdirməyə çalışır, çünki çoxunun orijinal sənədi yoxdur.

İraq ordusunun polkovniki Ahmed al-Taie “Reuters”ə deyib ki, ordu ekstremistlərin ailələrini tutub və hökumətdən əmr gözləyir.

“Reuters”in əməkdaşları yüzlərlə qadının və uşağın hava tənzimləyicisi olmayan çadırlarda, həşəratlar qaynaşan döşəklər üzərində gördüyünü bildirir. Humanitar yardım işçiləri onların “hərbi ərazi”də saxlandığını vurğulayıb.

“Fransaya qayıtmaq istəyirəm, ancaq bilmirəm necə”, – çeçen mənşəli, fransızca danışan bir hicablı qadın deyib. O, ərinin başına nə gəldiyini bilmədiyini söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.