Meksikada humanitar yardım daşıyan hərbi helikopter qəzaya uğrayıb

13-09-2017, 08:55           

Meksikanın Çyapas ştatında zəlzələ nəticəsində zərər çəkənlərə humanitar yardım daşıyan hərbi helikopter qəzaya uğrayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Meksikanın milli qəza-xilasetmə xidmətinin rəhbəri Felipe Puente Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, hadisə nəticəsində ölən yoxdur. Helikopterdə olan 7 sərnişindən 3-ü yaralanıb, onlara tibbi yardım göstərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.