ABŞ-da tankın yanması nəticəsində 15 hərbçi yaralanıb

14-09-2017, 08:19           
ABŞ-da tankın yanması nəticəsində 15 hərbçi yaralanıb
ABŞ-ın Kaliforniya ştatında keçirilən təlimlər zamanı dəniz piyadaları korpusunun 15 hərbçisi yaralanıb. Hadisə hərbi bazada amfibiya tipli tankın naməlum səbəblərdən yanması nəticəsində baş verib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən 15 dəniz piyadasının vəziyyəti barədə məlumat yoxdur.
Döyüş hazırlığı tədbiri dəniz piyadalarının San-Diyeqodan şimalda yerləşən Kemp-Pendltondakı bazada keçirilib.
Baza komandanlığı hadisənin səbəblərini araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru