Hillari Klinton özünü teleserial qəhrəmanı ilə müqayisə edib

14-09-2017, 08:23           
Hillari Klinton özünü teleserial qəhrəmanı ilə müqayisə edib
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton memuarlarında özünü "Taxt-tac oyunu" teleserialının personajı - kraliça Serseya Lannisterr ilə müqayisə edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, siyasətçi bu barədə "Nə baş verib" adlı memuarlar kitabında yazıb.
"Trampın mitinqlərində camaat onu məni həbsə atmağa çağırırdı. Onlar qışqırırdılar: "Günahkardır! Günahkardır!, eynən "Taxt-tac oyunu"ndakı dini fanatiklərin Serseya Lannister Qırmızı qəsrə gedərkən "Ar olsun! Biabırçılıq"! qışqırmaları kimi", - deyə kitabda gətirilən sitatda bildirilir.
Klintonun təsvir etdiyi səhnə Corc Martinin "Buz və alovun nəğməsi" kitabında və ədəbi mənbənin ekran əsərində - "Taxt-tac oyunu" teleserialında var.
"Nə baş verib" kitabının təqdimatı sentyabrın 12-də baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru