Qadın şahzadənin məktəbinə girdiyi üçün həbs edildi

14-09-2017, 08:38           
Qadın şahzadənin məktəbinə girdiyi üçün həbs edildi
40 yaşlı qadın şahzadə Corcun məktəbinə icazəsiz girdiyi üçün həbs edilib.

Musavat.com xəbər verir ki, hadisə 13 sentyabrda baş verib.

Qadın Londonun cənubunda yerləşən “Thomas Battersea” məktəbində həbs edilib. Buna səbəb onun bir gün öncə özəl məktəb olan və İngiltərənin şahzadəsi Corcun oxuduğu məktəbə icazəsiz girməsi olub.

Şahzadə Corc Kembric Hersoginyasının və Şahzadə Uilyamın birinci övladıdır. Şahzadə Corc illik ödənişi 18000 funt-sterlinq olan bu özəl məktəbdə ibtidai təhsil alır.

Məlum olub ki, qadının uşaqların heç biri ilə əlaqəsi olmayıb. Qadın London polis stansiyasında bir sutka saxlanılıb. Məktəbdə yaşanan bu hadisədən sonra şahzadə Corcun təhlükəsizliyinin təmin olunması üçün məktəb rəsmiləri ilə görüş keçirilib.

Hadisə ilə bağlı Kensinqton Sarayından bildirilib ki, sarayın insidentdən xəbəri var, lakin təhlükəsizlik məqsədilə məsələ ilə əlaqədar şərh verilməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.