Azərbaycanlı milyarderin mədənində FACİƏ - 109 nəfər torpağın altında qaldı

14-09-2017, 19:48           

Rusiya Federasiyasının Komi Respublikasında “Yareqaneft” mədənində uçqun baş verib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildirilib.
İlkin məlumatlara görə, bir fəhlə həlak olub.
“Şaxtada hadisə vaxtı 109 nəfər var idi”, - agentliyin həmsöhbəti deyib.
Onun sözlərinə görə, mədən ştat rejimində işləyir.
Məlumata görə, mədən "Lukoyl" şirkətinin (Şirkətin rəhbəri azərbaycanlı milyarder Vahid Ələkbərovdur –red.) strukturuna daxildir. Hazırda hadisənin səbəbləri araşdırılır. Hadisə yerində xilasedicilərin operativ qrupu işləyir. Zərərçəkənlər üzrə informasiya dəqiqləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru