Rusiyadan növbəti GÜC NÜMAYİŞİ

14-09-2017, 19:53           

Rusiya Aralıq dənizində yerləşən “Böyük Novqorod” və “Kolpino” sualtı gəmilərdən “Kalibr” raketləri ilə İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə zərbələr endirib.
Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, raket zərbələrin hədəfi Deyr-ez-Zorda İŞİD-in kommunikasiya məntəqələri, həmçinin silah və sursat anbarları olub.
Ümumilikdə, sualtı gəmilərdən 7 qanadlı raketi buraxılıb. Hədəflərə qədər uzaqlıq 500 kilometrdən 670 kilometrə qədər təşkil edib. Planlaşdırılmış bütün hədəflərin məhvi obyektiv nəzarət məlumatları ilə təsdiq edilib.
Qeyd edək ki, “Kolpino” və “Böyük Novqorod” gəmiləri Aralıq dənizinə avqustun 28-də daxil olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru