İraqda ardıcıl iki terror hadisəsi oldu –50 nəfər öldü, 87 yaralı var

14-09-2017, 23:35           

İraqın cənubunda ardıcıl iki terror hadisəsi baş verib.

Hadisə yerinə cəlb olunmuş tibb işçilərin hər iki insident nəticəsində 50 nəfərin ölməsi barədə bildiriblər.

Son məlumata görə, insident nəticəsində daha 87 nəfər xəsarət alıb.

Terror hadisələrindən birinin partlayış, digərinin silahlı hücum olması bildirilir. Həlak olanlar arasında 3 İran vətəndaşının da olduğu xəbər verilir.

Hadisə yerinə xilasedicilər və polis cəlb olunub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb/Trend.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru