Şimali Koreya növbəti dəfə ballistik raketini sınaqdan keçirib
15-09-2017, 09:02
Şimali Koreya ballistik raketini növbəti dəfə sınaqdan keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, KXDR-in buraxdığı raket Yaponiya üzərindən uçub keçərək, Hokkaydo adasındakı Erimo burnundan 2000 km aralıda okeana düşüb.
Bu barədə Yaponiya hökumətinin baş katibi Yosixide Suqa bildirib.
Cənubi Koreya hərbçiləri Şimali Koreyanın yeni raketinin 770 km maksimal hündürlüyə çataraq 3700 km məsafəni qət etdiyini bildiriblər.