Şimali Koreya raket atdı! YER ÜZÜ TİTRƏDİ - Cənubi Koreya həqiqi mərmilərlə təlimlərə başladı
15-09-2017, 15:17
Şimali Koreyanın “Yaponiyanı okeana batırarıq” təhdidinin üzərindən bir gün belə keçmədən Şimali Koreya tərəfindən atılan raket Yaponiyanın üzərindən keçərək 3 min 700 km məsafə qət edib. Sakit okeana düşən raketin okeandakı ABŞ torpağı olan Quam adasını vura biləcəyi bildirilir.
Raket sınağı dünyanı sarsıdıb, ard-arda açıqlamalar verilib. ABŞ Çin ilə Rusiyadan təcili şəkildə addımlar atmağı tələb edib. Yaponiya beynəlxalq ictimaiyyətdən Şimali Koreyaya açıq mesaj göndərməsini gözləyir. Cənubi Koreya isə həqiqi mərmilərlə raket rəlimlərinə başlayıb.
Şimali Koreyaya qarşı yeni sanksiyalar qərarını yenicə vermiş BMT TŞ Bakı vaxtı ilə bu gün saat 11-də bir daha təcili iclas keçirəcək.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen dünən Yaponiyanı suya batıracağını, ABŞ-ı isə odlayıb külə döndərəcəyini vəd eləmişdi.