Texasda qasırğadan sonra çimərlikdə qəribə məxluq tapılıb –FOTOLAR

15-09-2017, 19:34           

Harvey qasırğası zamanı Texas çimərliyinə bir sirli dəniz canlısı atılıb.
Bu canlı Preti Desai adlı yerli sakin qız tərəfindən aşkar edilib. O, Twitter sosial şəbəkəsinin istifadəçilərindən kömək istəyib.

Qız, “bioloqlar, bu məxluq nədir?” başlığı altında bir neçə fotoşəkil yerləşdirib. Onun sualı anqvil (ilan balığı) üzrə bioloq mütəxəssis Kennet Tayın diqqətini çəkib və o yazıb ki, çox guman bu canlı iynədişli anqvildir. Alim həmçinin bunun bağ anqvili və ya konqer olduğunu düşünür. Belə ki, hər üç növ də bu bölgələrdə yaşayır və böyük dişləri var.

Dağıdıcı daşqınlara səbəb olan Harvey qasırğasından sonra dənizin dərinliklərində yaşayan canlılar sahilə atılıb. “Yekədiş” kimi də tanınan, iynədişli, ilanabənzər anqvil Atlantik okeanın qərb hissəsində 30-40 metr dərinliklərdə yaşayır.

Fotoqrafiya və ekologiyanı sevən Desai qasırğadan sonra olan dağıntıları qiymətləndirmək üçün çimərliyə gəlib.

BBC-ə müsahibəsində o bildirib ki, bu tapıntı ona qeyri-adi görsənib. “Mən əvvəlcə maraq duydum, lənət şeytana, bu hansı heyvandır bilmək istəyirdim”. Desai deyir ki, bir çox alimlərin bu sosial şəbəkədən istifadə etdiyini öyrəndikdən sonra, şəkilləri Tvitterdə paylaşıb. Həqiqətən də, o tezliklə həkim Tay ilə əlaqə qurmağı bacarıb.

“Mən Twitter sosial şəbəkəsində bir çox tədqiqatçıların səhifələrinə abunə olmuşam. Burada böyük elmi cəmiyyət mövcuddur və deyək ki, siz bu hansı heyvan və ya bitkidir deyə bilmək istəsəniz onlar sizə kömək etməyə hazırdılar”.

Gözlənilməz tapıntının sahibi bildirib ki, o “təbiət öz işini görsün” deyə anqvili elə çimərlikdə qoyub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru