Livanda terror aktı hazırlayan 19 terrorçu saxlanılıb

16-09-2017, 08:50           
Livanda terror aktı hazırlayan 19 terrorçu saxlanılıb
Livanın təhlükəsizlik qüvvələri terror aktı hazırlayan 19 terrorçunu saxlayıb.

teref.az yazır ki,Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, terrorçular xüsusi əməliyyat zamanı saxlanılıblar.

Məlumata əsasən, bu terrorçu qrup, Livanda iyun ayından bu günə artıq 3-cü saxlanılan qruplaşmadır.

Livanın daxili işlər naziri Nuhad Maşnuk bildirib ki, xarici səfirliklərə mümkün terror aktları barədə xəbərdarlıq edilib və səfirlik işçiləri Beyrutda olan vətəndaşlarına müvafiq tövsiyələr veriblər. BMT-nin Livanda olan bütün qurumları təhlükəsizlik tədbirləri görüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru