Çexiyanın XİN rəhbəri Lyubomir Zaoralek yol qəzası keçirib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında diplomatik idarənin nümayəndəsi İrena Valentova bildirib.
Məlumata əsasən, nazir qəzada başıdan zədə alıb. Nazirdən əlavə qəzada 6 nəfər yaralanıb.