“Qara” planet aşkar edildi - FOTOLAR

17-09-2017, 10:40           
“Qara” planet aşkar edildi - FOTOLAR
Kanadadakı Makgil Universitetinin alimləri Günəş sisteminin xaricində işığı əks etdirməyən səthə malik “qara” planet aşkarladıqlarını açıqlayıblar.

teref.az AZƏRTAC-a istinadən xəbər verir ki, Teylor Bellin rəhbərlik etdiyi astronomlar qrupu həmin planetə “WASP-12b” adını veriblər.

T.Bellin sözlərinə görə, “WASP-12b” Günəş sisteminin ən böyük planeti olan Yupiterdən iki dəfə böyükdür.

Ətrafında fırlandığı ulduza çox yaxın olduğu üçün bu planetin birillik dövriyyəsi dünyanın birgünlük hərəkətinə bərabərdir. “Qara” planetin səthinin 2600 dərəcəyədək isindiyi, tərkibindəki maddələrin isə işığı udduğu ehtimal edilir. Bununla yanaşı, planetin əks etdirdiyi işığın miqdarını ölçən tədqiqatçılar “WASP-12-b”dən yayılan işığın son dərəcə zəif olduğunu bildirilər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru