Qaçqınlara atəş açıldı: 37 ölü, 120 yaralı var

17-09-2017, 12:48           

Konqo Cümhuriyyətində Burundidən olan 4 qaçqının deportasiya edilməsinə görə digər qaçqınlar Kamanyola şəhərində etiraz aksiyası keçiriblər.

Yerli qüvvələr isə aksiyaya sərt müdaxilə ediblər.

Qaçqınlara atəş açılması nəticəsində 37 nəfər ölüb, 120 nəfər isə yaralanıb.

Lakin, yerli qurumlar fərqli açıqlama veriblər. Onlar öldürülənlərin Milli Kəşfiyyat İdarəsinə hücum edənlərin olduğunu bildiriblər. BMT isə hadisə bağlı araşdırma aparılmasını tələb edib.

Qeyd edək ki, Konqo Cümhuriyyəti burundili qaçqınların öz ölkələrinə geri qayıtmaları üçün onlara təzyiqlər göstərir. Hadisənin baş verdiyi Kamanyola şəhərində 2 mindən çox, ümumilikdə isə Konqoda 40 mindən çox burundili qaçqın yaşayır.

Burundidə 2 il öncə prezident Nkurunzizanın 3-cü dəfə rəhbər seçilmək istəməsindən sonra ölkədə çaxnaşmalar başlamışdı. Yerli əhaliyə işgəncələr edildiyi üçün 400 mindən çox insan qonşu ölkələrə sığınmışdı. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru