Tramp Şimali Koreya liderinə ləqəb tapdı

17-09-2017, 23:21           
Tramp Şimali Koreya liderinə ləqəb tapdı
ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inı "Raketmen" adlandırıb.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, D.Tramp bununla bağlı özünün "Twitter"ində yazıb: "Dünən Cənubi Koreyanın prezidenti ilə danışdım. "Raketmen"in necə yaşadığını soruşdum. Şimali Koreyada yanacağa görə uzun növbələr yaranıb. Pisdir".

Xatırladaq ki, Cənubi Koreya prezidenti Mun Çje İn və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı zamanı liderlər əməkdaşlığı gücləndirmək və Şimali Koreyaya, eləcə də onun“ipə-sapa yatmayan” liderinə qarşı daha sərt və effektiv sanksiyalar irəli sürmək barədə razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru