Meksikada quldurlar hərbçilərə hücum ediblər: ölənlər var

18-09-2017, 09:46           
Meksikada quldurlar hərbçilərə hücum ediblər: ölənlər var
Meksikanın Herrero ştatında quldurlar hərbi forma geyinərək hərbçilərə hücum ediblər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Herrero ştatının təhlükəsizliyin əlaqələndirilməsi üzrə qrupunun rəhbəri Roberto Alvares Eredi məlumat yayıb.
Məlumata görə, hadisə Teloloapan bələdiyyəsində, gecə, patrul xidməti zamanı baş verib. Əsgərlər quldurlara atəş açıblar.
Atışma zamanı 8 quldur öldürülüb. Həmçinin bir hərbi qulluqçu da ağır xəsarət alıb. O, sonradan ölüb.
"Hadisə yerindən iki hərbi rəngdə rənglənmiş avtomobil, silah və hərbi forma götürülüb", - deyə Eredi "facebook"da yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru