“Mariya” qasırğası Dominika baş nazirinin evini uçurub

19-09-2017, 08:00           
“Mariya” qasırğası Dominika baş nazirinin evini uçurub
Karib dənizində maksimal 5-ci dərəcəyədək güclənən “Mariya” qasırğası Dominika Birliyinin baş naziri Ruzvelt Skerritin evini uçurub.

APA-nın xəbərinə görə, baş nazir bu barədə özünün “Feysbuk” səhifəsində yazıb.

“Şiddətli külək evin damını uçurub. Təbii fəlakət qarşısında acizəm. Hazırda evi su basır”, yazan R.Skirret daha sonra xilas edildiyini bildirib.

Qeyd edək ki, 2015-ci ilin avqustunda “Erika” qasırğası Dominika adasında ciddi fəsadlar törədib.

Donald Tramp "Mariya” qasırğası ilə əlaqədar Karib dənizində ABŞ-a məxsus Vircin adalarında fövqəladə vəziyyət elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru