Qadınlar alış-veriş etməyə başladıqdan sonra beyinlərinin dörddə biri işləyir - Ərəb şeyxi

22-09-2017, 20:58           

“Qadınlar axmaq olduğu üçün maşın sürə bilməzlər”.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, ərəb din xadimi Saad əl Həjəriyə “Qadınlar axmaq olduğu üçün maşın sürə bilməzlər” vəəzini verdiyinə görə, bir daha vəəz verməsi qadağan edilib. Həjəri moizəsində qadınların yarı beyinlə doğulduqlarını, alış-veriş etməyə başladıqdan sonra beyinlərinin yarı da deyil, dörddə bir olduğunu deyib. Həjərinin vəəzini dinləyənlər ona “bəs yarı beyinli bir kişi maşın sürə bilərmi?” sualını veriblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı dünyada qadınlara maşın sürməyə icazə verməyən yeganə ölkədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.