İran yeni ballistik raketi sınaqdan keçirib

23-09-2017, 09:41           
İran yeni ballistik raketi sınaqdan keçirib
İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ölkədə istehsal olunan “Horamşəhr” yeni ballistik raketi sınaqdan keçirib.

APA-nın məlumatına görə, bu barədə “Tasnim” agentliyi xəbər verib.

Məlumata əsasən, bir neçə döyüş başlığını daşıyan raketin uçuş məsafəsi iki min kilometr təşkil edir.

Qeyd edək ki, ballistik raket sentyabrın 22-də Tehranda keçirilmiş hərbi paradda təqdim olunub. İlin əvvəlində İran "Fateh-110" və “Hormuz-2” ballistik raketlərini sınaqdan keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru