Erməni oliqarxın qızı belə cəzalandırıldı - VİDEO/FOTO

23-09-2017, 20:59           
Erməni oliqarxın qızı belə cəzalandırıldı - VİDEO/FOTO
Rusiya paytaxtı Moskvada avtoxuliqan kimi tanınan erməni qızı Mara Baqdasaryan ətrafında qalmaqal səngimir.
Missiya.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, paytaxt küçələrini avtomobili ilə bir-birinə qatan 23 yaşlı erməni qızı barədə yenidən inzibati çəza tətbiq olunub.

Törətdiyi qanun pozuntusuna görə Baqdasaryan 500 - 2000 min rubl civarında cərimə olunacaq. Bir müddət əvvəl qızının hərəkətlərindən bezdiyini bildirən Baqdasaryanın atası Elmar Baqdasaryan məhkəmə yerkunlaşdıqdan sonra qızını başqa şəhərə göndərəcəyini qeyd etmişdi.

Qeyd edək ki, Baqdasaryan bir müddət əvvəl Moskvada “Lukoil” şirkətinin vitse-prezidenti Azat Şamsuvarovun oğlu Ruslan Şamsuvarovla “Galendewagen” avtomobili ilə avtoxuliqanlıq etməsi ilə diqqət mərkəzinə düşmüşdü. Daha sonra Baqdasaryan sosial şəbəkədə Ruslanla yeni “qəhrəman”lığının videosunu yaymışdı.

Mara Baqdasaryan ət emalı kombinatının sahibi Elmar Baqdasaryanın qızıdır. Mara 15 yaşından maşın sürür və qatı avtoxuliqan kimi tanınır. Onun hesabında yüzlərlə ödənilməmiş cərimə və yol qəzaları var. Mara Baqdasaryan ötən il Moskvada dəhşətli qəza törədib. Onun idarə etdiyi BMW X6 avtomobili Kutuzovsk prospektində saatda 200 kilometr sürətlə hərəkət edərək qarşı hərəkət zolağına çıxıb və "Range Rover”lə toqquşub. Bu qəzada 3 nəfər həlak olub, onlardan biri polis əməkdaşıdır. Qəzada Mara sağ qalıb, lakin sükan arxasında məhz onun olduğunu sübut etmək mümkün olmadığından həbs edilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.