Şimali Koreyanın XİN rəhbəri Trampı ruhi xəstə adlandırıb

24-09-2017, 09:56           
Şimali Koreyanın XİN rəhbəri Trampı ruhi xəstə adlandırıb
Şimali Koreyanın XİN rəhbəri Li Yön Xo BMT-nin tribunasından çıxış edərkən ABŞ prezidenti Donald Trampı “özündən razı ruhi xəstə” adlandırıb və bu cür adama “nüvə çamadanını” həvalə etmək təhlükəli olduğunu vurğulayıb. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

“Absurd reallıq ondan ibarətdir ki, Tramp kimi özündən razı ruhi xəstə, öz xalqı tərəfindən “uğursuz komandan” (Commander in Grief), “yalançı kral” (Lyin King) və “iblis prezident” adlandırılan insan ABŞ prezidentidir”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, “nüvə çamadanı”nın bu cür insana həvalə edilməsi bu gün bütün dünya üçün əsas təhlükədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru