Tramp KXDR-in XİN rəhbərinin BMT-dəki çıxışını şərh edib
24-09-2017, 10:08
ABŞ prezidenti Donald Tramp KXDR-in XİN rəhbərinin BMT-nin Baş Assamleyasındakı çıxışını şərh edib. "Report" "RT"yə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı "Twitter"də yazıb. "KXDR-in XİN rəhbərinin BMT-nin Baş Assamleyasındakı çıxışını yenicə eşitdim. Əgər o kiçik "raket-adam"ın (KXDR lideri Kim Çen In nəzərdə tutulur-red) fikirlərini təkrarlamaqda davam etsə, onlar çox davam gətirməyəcək", - deyə o yazıb. Daha əvvəl KXDR-in XİN rəhbəri Li Yon Ho Trampı ağlı başında olmayan psixi xəstə adlandırıb. Sentyabrın 23-də Pentaqon ABŞ-ın hərbi təyyarələrinin KXDR sahillərində uçuşunu bəyan edib.