Yerevanda baş vermiş atışmada iştirak edənlərdən biri həbs edilib

24-09-2017, 10:11           
Yerevanda baş vermiş atışmada iştirak edənlərdən biri həbs edilib
Ermənistanın İstintaq Komitəsində Yerevan Vernisajında baş vermiş qətl işi üzrə 60 yaşlı R.Xaçaturyana qarşı ittiham irəli sürülüb.
"Report"un məlumatına görə, bu haqda komitədən "News.am"a xəbər verilib.
Sentyabrın 14-də Yerevanın mərkəzində, Vernisajın yaxınlığındakı mehmanxanada atışma olub. Atışma zamanı 1974-cü il təvəllüdlü Qaqik Mosinyan öldürülüb. 1978-ci il təvəllüdlü Vaaqn Abqaryan isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
İstintaq qətlin əvvəlcədən hazırlandığını müəyyən edib. Faktla bağlı üç şübhəli şəxs barəsində axtarış elan edilib.
Onlardan biri – R.Xaçatryan həbs edilib və istintaqa təhvil verilib. Artıq o, sorğu-sual edilir.
İstintaq davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.