İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb

25-09-2017, 08:38           
İran Qərbi Azərbaycan əyalətində irimiqyaslı hərbi təlimlərə başlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bazar günü sentyabrın 25-də müstəqilliyə dair referendumun keçiriləcəyi İraqın Kürdüstan Muxtariyyəti ilə sərhəddə geniş hərbi təlimlərə başlayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sepahnews" nəşrinin məlumatında bildirilir.
Məlumata görə, təlimlərin "Məhərrəm" kod adlı əsas hissəsi İranın İraqla sərhəddə yerləşən Qərbi Azərbaycan əyalətindəki Oşnevie şəhəri ərazisində başlayıb.
"Təlimlər zamanı pilotsuz uçan apparat, raket, artilleriya, hərbi hava qüvvələri və zirehli tank bölmələrindən istifadə etməklə əməliyyatların uyğunlaşdırılması uğurla həyata keçirilib", — deyə İİKK-nin quru qoşunları komandanı briqada generalı Məhəmməd Pakpur bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru